Avstraliyada on minlərlə uşaq istismar olunur
Avstraliyada beş illik araşdırmadan sonra məlum olub ki, ölkədə on minlərlə uşaq istismar olunur.
AZƏRTAC xəbər verir ki, baş nazir Malkolm Turnbull bu nəticənin artıq faciə həddində olduğunu deyib.
Ölkədəki bəzi kilsələr, məktəblər, müxtəlif təşkilatlar uşaqları istismar edən qurumlar sırasındadır. Bununla bağlı ölkə parlamenti müəyyən tədbirlər görməyə başlayıb.
Qeyd edək ki, dünyada ən çox uşaq istismarı Avropada xüsusilə “Facebook” sosial şəbəkəsində baş verir.
08.01.2018