Xəbərlər

Yatmazdan əvvəl televizora baxmaq uşaqlarda yuxusuzluq yaradır

Yatmazdan əvvəl televizora baxmaq uşaqlarda yuxusuzluq yaradır.
 
Penn Dövlət Dövlət Tibb Kollecinin əməkdaşları bu barədə araşdırma aparıb. Araşdırma 8-17 yaş arası 234 uşaq üzərində aparılıb. 
 
Nəticədə məlum olub ki, uşaqların yatmazdan əvvəl elektron cihazlara baxması, onlardan istifadə etməsi yuxu və digər problemlərinin yaranmasına səbəb olur. Həmçinin yatmazdan əvvəl televizora baxmaq səhər yuxudan durarkən uşaqlarda enerjini azaldır, bu zaman bədən yorğunluğu baş verir. Tədqiqatda gecə vaxtı televizora baxan uşaqların digər texnoloji cihazlardan istifadə edən uşaqlara nisbətən bir saat gec yatdığı məlum olub.