Balıq yemək uşaqların inkişafına müsbət təsir göstərir
Bakı, 6 yanvar, AZƏRTAC
Balıq yemək uşaqların inkişafına və yuxusuna müsbət təsir göstərir.
AZƏRTAC xəbər verir ki, Pensilvaniya Universitetinin müəllimi Jianghong Liu bu barədə araşdırma aparıb.
Araşdırma Çində 9-11 yaş arası 541 uşaq üzərində aparılıb. Məlum olub ki, həftədə bir dəfə balıq yeyən uşaqlar daha yaxşı yatırlar. Bu qida onların inkişaf etməsinə də müsbət təsir göstərir. J.Liu bildirib ki, buna görə də uşaqlar erkən yaşlarda balıq yeməlidir.
06.01.2018