Uşaqlar üçün təhlükəyə çevrilən sosial şəbəkələr
Bakı, 4 yanvar, AZƏRTAC
İngiltərədə uşaqlar üçün təhlükəyə çevrilən “sosial şəbəkə”lər haqqında araşdırma aparılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, araşdırma səkkiz yaşdan on iki yaşa qədər uşaqlar arasında aparılıb. Məlum olub ki, bu yaşdakı uşaqlar sosial şəbəkələrinə aludə olur və bu da sonradan onların həyat tərzinə mənfi təsir göstərir.
Anne Longfieldin apardığı tədqiqat göstərib ki, 8-12 yaş arasındakı uşaqlar sosial şəbəkələrdə müəyyən narahatlıqlar keçirir və özlərini idarə etməkdə çətinlik çəkirlər. Onlar ibtidai məktəbdən orta məktəbə keçdikləri zaman “uçurumun kənarına” yaxınlaşmış olurlar. Buna görə də valideynlər uşaqlarını sosial şəbəkələrin təsirindən qorumalı və ehtiyatlı olmalıdırlar.
04.01.2018