Xəbərlər

“Butterfly” mobil brauzeri Azərbaycanda uşaqları zərərli məlumatlardan qoruyacaq

Bakı, 4 yanvar, AZƏRTAC
 
 
“Butterfly” mobil brauzerinə uşaqların internetə təhlükəsiz girişinin təmin olunması funksiyası inteqrasiya olunacaq.
 
AZƏRTAC xəbər verir ki, brauzerin yaradıcısı Şamxal Hüseynlinin sözlərinə görə, hazırda həmin funksiyanın proqrama tətbiq olunması üzərində işlər aparılır. Bu xidmət uşaq və yeniyetmələrin müəyyən saytlara girişini məhdudlaşdıraraq, onları arzuolunmaz saytların təsirindən qoruyacaq. “Butterfly” brauzerinə “adBlocker” funksiyası da daxil edilib. Bu funksiya reklamların qarşısını alır. Brauzerin daha bir üstünlüyü isə onun kiçik həcmidir.
 
Bir meqabaytdan az olan bu brauzer həm “Firefox”, həm də “Chrome” ilə müqayisədə daha az yer tutur. Mobil brauzer “Android” əməliyyat sistemi ilə işləyən qurğularda funksional olacaq. Hazırda brauzerin yüklənmə sayı 50 mindən çoxdur.