Santa-Klausa məktubları kim çatdırır?
Bakı, 4 yanvar, AZƏRTAC
Hər ilin dekabr ayında müxtəlif ölkələrin poçtalyonları poçt qutularından Santa-Klausa, Şaxta Babaya və ya Müqəddəs Nikolaya ünvanlanan məktublar çıxarır. Dünya Poçt İttifaqının məlumatına əsasən, onların sayı milyonlarladır və bu mifik ünvanın populyarlığı durmadan artır. Santa-Klausun özü isə, əlbəttə ki, bütün uşaqlara cavab yaza bilmir, lakin onun Finlandiyadan tutmuş Yeni Zelandiyaya qədər bütün dünyada çoxlu köməkçiləri var.
Santa-Klausa ən çox məktubu Finlandiya poçtalyonları qəbul edir. Dünyanın 150 ölkəsindən olan uşaqlar məktublarını bu ölkəyə ünvanlayır. Bunun səbəbi isə məlumdur – çünki Finlandiya Şimal qütbünə çox yaxındır.
Şimal qütbünə yaxın olan digər ölkə - Kanada isə təkcə ötən il Santa-Klausa ünvanlanan 1,6 milyondan çox uşaq məktubu alıb.
Kanadalı poçtalyonlar Fransa, Yaponiya, İspaniya, Çin, Ukrayna və digər ölkələrdən 26 dildə aldıqları məktublara hər zaman elə həmin dildə, hətta Braille əlifbasında cavab yazırlar.
04.01.2018