
Bakı, 4 yanvar, AZƏRTAC
BMT Uşaq Fondu xəbərdarlıq edir ki, münaqişə zonalarında uşaqlardan müharibə silahı kimi istifadə olunur.
AZƏRTAC xəbər verir ki, UNICEF-in məlumatına görə, müharibə zonalarında tutulan uşaqlardan kamikadze kimi istifadə edilir. 2017-ci il müharibə zonasında yaşayan uşaqlar üçün çox acınacaqlı bir il oldu. Həmin ərazilərdə uşaqlar daimi olaraq hücumlara məruz qalıblar. Belə ki, İraqda, Suriyada, Yəməndə, Nigeriyada, Cənubi Sudan və Myanmada baş verən münaqişələrdə uşaqlar məcburi evlilik, qaçırılma, köləlik vəziyyətində yaşayır və onlardan müharibə silahı kimi istifadə edilir.
04.01.2018