Şaxta baba ucqar kəndlərdə FOTOREPORTAJ + VİDEO
Yeni il bayramı günlərində Şaxta baba Quba və Qusarın 23 ucqar dağ kəndinə baş çəkib, uşaqlara hədiyyə aparıb.
“Şaxta baba ucqar kəndlərdə” adlı layihə çərçivəsində bir qrup könüllü gənc Bakıda toplanan hədiyyələri dağ kəndlərində yaşayan 741 uşağa çatdırıb. Balacalara sponsor və könüllülərdən toplanan 6 min manat dəyərində hədiyyələr paylanılıb.
Artıq üçüncü ildir həyata keçirilən layihə Qafqazın zirvələrinə xüsusi turlar, ekstremal səfərlər təşkil edən “Camping Azerbaijan” ekoturizm təşkilatı tərəfindən reallaşdırılır.
04.01.2018