Xəbərlər

“Star Kids Group” şirkəti uşaqlar arasında “Qış nağılı-2018” adlı moda yarışması keçirib

Dekabrın 29-da “Pullman Hotels and Resorts” otelində “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə uşaqlar arasında “Qış nağılı-2018” adlı moda yarışması (Kids Fashion Show) keçirilib. Müsabiqə 4-14 yaş arasında uşaqları əhatə edib.

 

“Qış kolleksiyası”na həsr olunmuş tədbirdə 28 modelyer, 83 model (49 qız, 34 oğlan) iştirak edib. Yarışmanı Azərbaycanın məşhur simaları, o cümlədən modelyer-dizaynerlər, Əməkdar və Xalq artistləri izləyiblər.


Müsabiqənin münsiflər heyətində Əməkdar İncəsənət Xadimi, modelyer Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, “YES MODA EVİ”nin rəhbəri, modelyer Yeganə Sadıqova, Roza Zərgərli, Ayaz Qasımov yer alıblar.