Xəbərlər

Autizmli uşaqları danışdıra bilən “Tolkido” qurğusu

Bakı, 26 dekabr, AZƏRTAC 

 

Autizmli uşaqları danışdıra bilən “Tolkido” adlı qurğu hazırlanıb.

 

AZƏRTAC xəbər verir ki, “Tolkido” qurğusu danışma problemləri olan uşaqlar üçün fərdi təhsil verərək onların ünsiyyət bacarıqlarını artırır.


Kompüter mühəndisləri olan iki gənc autizmli uşaqların ünsiyyət problemlərini həll etmək və çətinliklə danışmasının qarşısını almaq üçün bu qurğunu hazırlayıblar.

 

Autizmli uşaqlar beyin və sinir sisteminin fərqli fəaliyyəti səbəbindən ünsiyyət problemi yaşayır və danışmaq çətinliyi ilə qarşı-qarşıya qalırlar. Bu vəziyyət həm uşaqlar, həm də onların ailələri üçün çətinliklərə yol açır. Autizmlə mübarizə aparmağın tək yolu təhsildən keçir və təəssüf ki, belə uşaqların da az qismi təhsil ala bilir.