
Dekabrın 29-da “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Pullman Hotels and Resorts” otelində “Qış nağılı” adlı “Kids Fashion Show” yarışması keçiriləcək. Müsabiqə 4-14 yaş arasında uşaq və yeniyetmələri əhatə edəcək.
“Qış kolleksiyası”na həsr olunan tədbirdə 86 model və 27 modelyer olacaq. Modellərin 50-si qız, 36-sı oğlandır.
Tədbirdə Azərbaycanın məşhur simaları, modelyer-dizaynerlər, Əməkdar və Xalq artistləri də iştirak edəcəklər. Yarışmanın layihə rəhbəri “Star Kids Group” MMC-nin direktoru Aygün Əliyevadır.
25.12.2017