Xəbərlər

Robot dicey ilk dəfə tamaşaçılar qarşısında çıxış edib

Bakı, 23 dekabr, AZƏRTAC

 


Praqanın “Karlovı-lazne” klubunda ilk dəfə çıxış edən “KUKA” adlı robot dicey musiqi nömrələrini səsləndirərək tamaşaçılarla “ünsiyyət” qurub.


AZƏRTAC “Life” resursuna istinadla xəbər verir ki, bu yaxınlarda fəaliyyətə başlayan “KUKA” son üç həftədə hər gecə bir saatlıq dicey kimi çıxış edib. Mexanikləşdirilmiş əllə təchiz edilən robot onun vasitəsilə musiqi nömrələrini dəyişdirə və birləşdirə bilir. Xüsusi proqram təminatı robota kompozisiyaları müstəqil seçməyə imkan verir.


Bildirilir ki, kluba gələnlər yeni diceyi böyük maraqla qarşılayıb. Lakin bir sıra qonaqlar buna təəccüblənsə də, robotun bacarıqlarını tərifə layiq bilməyib.


Məlumata görə, “KUKA” robotu hazırda emosional deyil. Mütəxəssislər tərəfindən robota işığın idarə olunması və musiqi nömrələrini birləşdirməklə məşğul olmayanda robotlaşdırılmış əlini yelləmək öyrədilib. Lakin kluba istirahətə gələnlər diceydən daha çox ifadəli emosiya hərəkətləri gözləyirlər.