Xəbərlər

“YARAT” Yeni il qabağı uşaqları sevindirəcək

Bakı, 19 dekabr, AZƏRTAC

 


“YARAT” Müasir İncəsənət Mərkəzi uşaqları və valideyinlərini kreativ və şən bazar günü keçirməyə dəvət edir. 


AZƏRTAC xəbər verir ki, “Balaca YARAT” proqramı çərçivəsində reallaşacaq tədbir dekabrın 24-nə nəzərdə tutulur.

 

“Qış nağılı” adli ustad dərsində uşaqlar şam ağaci qozalarından yeni il personajları hazırlayıb qış nağılını canlandıracaqlar. İştirak etmək istəyən hər kəs müraciətə edə bilər.