Türkiyəli məktəbli “Apple”nin proqram təminatında boşluq aşkar edib
Bakı, 18 dekabr, AZƏRTAC
Türkiyəli məktəbli “Apple”nin səs köməkçisi olan “Siri”də boşluq aşkar edib.
AZƏRTAC xəbər verir ki, 16 yaşındakı Yiğit Can Yılmaz ABŞ-ın texnologiya nəhəngi “Siri”də aşkar etdiyi boşluqla əlaqədar “Apple” şirkətini məlumatlandırıb. Bundan sonra isə şirkət türkiyəli məktəblinin adını “Apple”nin İnternet səhifəsinə köməklik göstərən şəxslərin siyahısına əlavə edib və ona təşəkkür edib.
Yiğit Can Yılmaz deyib: “Aşkar etdiyim boşluq çox əhəmiyyətli idi. Bu, “Apple”nin “iPhone 5s” və ondan sonrakı modellərini, “iPad Air”, “iPod touch 6”nı əhatə edirdi. Mənim xəbərdarlığımdan sonra “Apple” bu boşluğu bərpa etdi. Şirkət mənə 2000 dollar pul mükafatı da verdi”.
18.12.2017