Xəbərlər

Paytaxtdakı 126 nömrəli məktəbin komandası “Hazırcavablar” yarışmasında qalib gəlib

Bakı, 18 dekabr, AZƏRTAC 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 45, 102, 126 və 135 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual oyununda mübarizə aparıb.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəblilər “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Ordan-burdan”, “Biologiya” və “Hansı?” bölmələri üzrə sualları cavablandırıblar. İntellektual oyunun nəticələrinə əsasən, 126 nömrəli tam orta məktəbin komandası qalib olub.


“Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTV-nin birgə layihəsidir.


Həftədə bir dəfə AzTV-də yayımlanan intellektual oyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.


Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.