Xəbərlər

Riqada Şerlok Holms muzeyi açılacaq

2018-ci il yanvarın 6-da, Şerlok Holmsun doğum gününün qeyd ediləcəyi tarixdə Riqada bu məşhur ədəbi qəhrəmanın nadir minimuzeyi açılacaq. Muzey ekspozisiyası iki ən məşhur kinoholmsun – Vasili Livanov və Benedikt Kemberbetçin otaqları şəklində təqdim olunacaq. 


AZƏRTAC xəbər verir ki, bu, kino ekranlarında ən yaxşı holmsların xarakterini açan dünyada ilk ekspozisiya olacaq.

 

Otaqlarda interyer və rekvizit əşyalarından əlavə, çoxlu artefaktlar, həmçinin muzeyə gələnlərin filmlərə aid  biliklərdən istifadə edərək, araşdırıb tapa biləcəkləri sirli, müəmmalı məqamlar olacaq.