Məktəblilərə təbii və texnogen mənşəli fövqəladə hallardan qorunma üsulları haqqında biliklər aşılanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində noyabrın 27-də Gəncə şəhəri Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.
Tədbirdə dəm qazı, yanğın, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunub. Sonda suallar cavablandırılıb.
27.11.2017