Uşaqları ətrafdakı xəstəliklərdən qoruya biləcək oyuncaq yaradılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Uşaqları ətrafdakı xəstəliklərdən qoruya biləcək oyuncaq yaradılıb.
AZƏRTAC xəbər verir ki, “Onky” adlı oyuncaq uşağı darıxmağa qoymur və onu ətrafdakı xəstəliklərdən qoruyur.
Bu oyuncağı Delft Universitetində sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan bir tələbə yaradıb. O, işə başlamazdan əvvəl bir çox valideynlə uzun müddət söhbət etməli olub. Uşaq özünü narahat hiss edərsə, qızdırması olarsa, oyuncaq bu zaman xəbərdarlıq edir. Həmçinin oyuncaq evdə oksigenin tənzimlənməsində də böyük əhəmiyyətə malikdir.
16.11.2017