Xəbərlər

Plastik qabların ətraf mühitə atılması ən çox uşaqlara zərər vurur

Bakı, 16 noyabr, AZƏRTAC 


Dünyanın ən böyük çirkləndirmə mənbələrindən biri plastik şüşələrin təkrar istifadəsidir. Hər il təxminən 50 milyard ədəd plastik şüşə zibilə atılır. 


AZƏRTAC xəbər verir ki, bəzi böyük şəhərlərdə plastik şüşələrin ətraf mühitə mənfi təsirini aradan qaldırmaq üçün onlara qadağa qoyub.


Ən çox dənizlərdə müşahidə edilən həmin tullantılar yalnız suya zərər vermir, balıqlara da zərər yetirərək süfrəmizə qədər gəlib çıxır. Bütün bunlar ən çox uşaqlara təsir göstərir. Ona görə də ilk növbədə bu barədə uşaqları məlumatlandırmaq, bu kimi zərərli şeylərdən uzaq olmağa çağırmaq lazımdır.


 Bu istiqamətdə birlikdə çalışsaq, gələcək nəsillərimizə təmiz və yaşamalı bir dünya bəxş edərik.