“YouTube Kids” əlavəsi valideyn nəzarəti imkanları və uşaqlar üçün profillərlə təmin olunub
“Google” şirkəti “YouTube Kids” əlavəsini yeniləyərək onu geniş valideyn nəzarəti imkanları və uşaqlar üçün profillərlə təmin edib. AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, yenilənmiş əlavə hər uşaq üçün fərdi funksiyalara malik xüsusi profillər açmağa imkan verir. Bundan başqa, profillərdən müxtəlif qurğularda yararlanmaq mümkündür. Hazırda profillər açmaq funksiyası 27-dək ölkədə işə salınıb. Yəqin ki, yenilənmiş əlavədən yaxın zamanlarda Azərbaycanda da istifadə etmək mümkün olacaq.