Xəbərlər

Bakı Avropa Liseyinin şagirdləri "Əlifba bayramı" keçiriblər

Bakı, 1 iyun, AZƏRTAC
 
İyunun 1-də A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Bakı Avropa Liseyinin 1a 3-cü sinfinin şagirdləri "Əlifbanı başa vurduq" adlı bayram proqramı təqdim ediblər. Uşaqlar bayrama ciddi və məsuliyyətlə hazırlaşmışdılar, axı onlar təkcə müəllimlərin deyil, həm də valideynlərinin və bayrama gələn qonaqların qarşısında çıxış etməli idilər. 
 
Uşaqlar qonaqlara "Biliklər kitabı" adlı tamaşa təqdim ediblər. Onlar tamaşada müxtəlif nağıl qəhrəmanlarının rollarında çıxış ediblər və tamaşaçılara biliklərin və mütaliənin faydasından danışıblar. "Şən rəqəmlər" səhnəsində uşaqlar tamaşaçılarla birgə əyləncəli oyun oynayıblar. 
 
Birinci siniflərin həyatı haqqında videoçarın nümayişi xoş bir sürpriz oldu. 
 
"Əlifba bayramı" uşaqların həyatında çox böyük hadisədir, axı onlar, nəhayət ki, həyat yolunun mühüm sədlərindən  birini aşdılar - oxumağı öyrəndilər.  
 
Bayram tədbirinin sonunda bütün iştirakçılara tədris ilinin başa çatması haqqında sertifikatlar təqdim edilib, təhsildə yeni uğurlar arzu edilib. Valideynlər isə uşaqlarına şirin hədiyyələr hazırlamışdılar.