Xəbərlər

“Kapellhaus”da uşaqlar üçün alman rejissorunun filmi nümayiş etdiriləcək

Bakı, 1 aprel, AZƏRTAC
 
Aprelin 6-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Höte İnstitutunun birgə təşkilatçılığı ilə alman rejissoru Vayt Helmerin üşaqlar üçün “Yekəburun yenotun bandasının sərgüzəştləri” filmi nümayiş etdiriləcək. Filmin nümayişindən sonra Vayt Helmer ilə görüş olacaq.
 
Giriş sərbəstdir.