Şeirlər

Həsənəli Eyvazlı. Qarğa və tülkü

Tülkü gördü ki, yenə,
Qarğa qonub budağa.
Yaxın gəlib söylədi:
- Nə oturmusan orda,
Yaxın gəl, Qarğa qağa.


Gözəl mahnılarınla,
Tanıyıram mən səni.
Şirin, xoş avazınla,
Məftun etmisən məni.


Bülbül sənin yanında,
Oxuya bilməz, inan.
Bunu tək mən demirəm,
Söyləyir bütün cahan.
Gəl, burada səninlə,
Deyək, gülək, şənlənək.


Qarğa gülüb söylədi:
- Tülkü lələ, deyəsən,
Yenə qurursan kələk.
Daha ağzımda pendir,
Oxumaram heç zaman.
Ağlım gəlib başıma,
Daha еуləmə güman.
Heç yadımdan çıxarmı?


Sənin kimi kələkbaz?
Heç bu meşədə varmı?
Qarrr... eləcək ağzımdan,
Pendiri qapıb yedin.
Mənim səfeh ağlıma,
Min dəfə “əhsən” dedin.