Əbülfəz Ülvi. Bayraq
Bayraqdakı qırmızı,
Rəng bozarmışdı bir az.
Bünu görəndə Həzi,
Dedi: - belə iş olmaz.
Eşitmişəm bu al rəng,
Babaların qanıdı.
Bu qan hopan nə varsa,
Millətimin canıdı.
Babam şəhid olubdur,
Çox görmüşəm dərd, ələm.
- Bəs kimdən qan götürüb?
Bayrağı rəngləyəcəm.