Fərəc Fərəcov. Qoçaq
Televizorda vardı
Nəhəng fil, nəhəng ayı,
Müxtəlif heyvanların
Hesaba gəlməz sayı.
Elşən görcək onları
Beləcə öyünərdi: -
Hamısından güclüyəm,
“Qoçağam mən” - deyərdi,
Gəlin “sirr” açım sizə,
Həqiqət çıxsın üzə,
Atasıyla anası
Həyətə çıxan zaman,
Qorxusundan bu “qoçaq”
Evdən düşərdi qaçaq.