Şeirlər

İbrahim Yusifoğlu. Göy yerə zəng eyləyir

Hava yaman tutulub,
Şimşək hay-küy eyləyir.
Topa-topa buludlar,
Yerə yağış ələyir.


Baxıb yağan yağışa,
Uşaqlar söz söyləyir.
İlkin deyir: - Bu yağış
Yeri lap dəng eyləyir.

 

 

Toğrul deyir: - Damalar,
Bax, yerlə cəng eyləyir.
İslam deyir: - Uşaqlar,
Göy уеrə zəng eyləyir.