Yeni dərs ilinə 6 milyondan çox dərslik çap edilib
Dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 2018-2019-cu tədris ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Dərsliklər şagirdlərə bir tədris ilində istifadə edilmək üçün verilir. Dərsliklərin istifadə müddəti buraxılış ilindən etibarən dörd ildir.
Şagirdlər sentyabr ayının 3-dən etibarən dərslikləri təhsil aldıqları məktəbdən əldə edə bilərlər.
Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.az saytlarında mövcuddur.
28.08.2018