
Bakı, 28 avqust, AZƏRTAC
“Azərmarka” MMC Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş rəsm müsabiqəsi keçirib. AZƏRTAC xəbər verir ki, “Yaşa, Azərbaycanım!” şüarı ilə təşkil olunan rəsm müsabiqəsi zamanı seçilən rəsmlərdən poçt açıqcası hazırlanıb. Rəsmlərin müəllifləri 5-6 yaşlı uşaqlardır.
28.08.2018