Xəbərlər

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı davam edir.

 

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, avqustun 11-də başlayan və bir həftə davam edəcək təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.

 

Təlim-məşq toplanışı yeniyetmələr arasında fiziki-taktiki hazırlığı artırmaq məqsədi daşıyır.