Xəbərlər

Uşaqlar üçün musiqili-əyləncəli tədbir təşkil edilib

Bakı, 12 iyun, AZƏRTAC

 

Valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan, o cümlədən Qaradağ rayonundakı 6 saylı somatik sanatoriyada reabilitasiya keçən, eləcə də Daun sindromlu və müxtəlif uşaq evlərinin sakinləri olan uşaqlar üçün musiqili-əyləncəli xeyriyyə tədbiri keçirilib.

 

“Birlik” Xeyriyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə QHT-lərin, eləcə də ictimaiyyətin nümayəndələri, çoxlu sayda azyaşlılar iştirak ediblər.

 

Tədbirdə “Birlik” Xeyriyyə Təşkilatının üzvləri çıxış edərək dövlətimizin uşaqlara göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışıb.

 

Konsert proqramı ilə davam edən tədbir hər kəsdə xoş əhvali-ruhiyyə yaradıb, şən klounların, illüzionistlərin, animatorların çıxışları və müxtəlif fləşmoblar maraqla qarşılanıb.