“Qəbələ” komandası Qallini dünya kuboku yarışlarını altıncı pillədə başa vurub
Bakı, 11 iyun, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə 15 yaşadək futbolçular arasında Qallini dünya kuboku yarışlarına yekun vurulub. “Qəbələ”nin U-15 komandası turnirin sonuncu günündə iki matç keçirib.
AZƏRTAC xəbər verir ki, 5-8-ci yerlər uğrunda mübarizədə ilk rəqib İtaliya təmsilçisi “Kavolano” olub. “Qırmızı-qaralar” bu görüşdə böyük hesablı qələbə qazanıblar – 6:0. Mehrac Baxşəliyev və Kamal Kazımovun dubl etdiyi qarşılaşmada Gülağa Əsədov və Ümüd Həmzəyev hərəyə 1 qol vurublar.
“Qəbələ” 5-ci yer uğrunda matçda Macarıstanın “Uypeşt” klubu ilə görüşüb. Rəqibinə 0:2 hesabı ilə uduzan komandamız turniri 6-cı pillədə başa vurub.
Yarışın qalibi adına isə İtaliya “Udineze”si yiyələnib.
11.06.2018