Bakıda avanqard, ziyafət və milli üslubda dəfilə
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mister və Miss Kids” uşaq moda müsabiqəsi keçirilib.
Modellər səhnəyə gənc modelyerlər Natiq Musazadə, Ayşən Oruclu və Emily Aminin kolleksiyasından olan avanqard, ziyafət və milli üslubdakı geyimlərlə çıxdılar.
Dəfilənin münsiflər heyəti Bakı Moda Klubunun təşkilatçısı Lyubov Qutorova-Poyraz, dizayner Şəlalə Maqsudova, model Rüstəm Cəbrayılov və stilist Nura Babayeva, aparıcılar isə Sədaqət Rəşidqızı və Zabir Əliyev idi. Münsiflər üç yaş kateqoriyasındakı 40 model arasında seçim etdilər.
Müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri gənc nəslin və modelyerlərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdır.
09.06.2018