Xəbərlər

“Tənbəl Əhməd” tamaşasının premyerası keçiriləcək

İyunun 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” tamaşasının premyerası keçiriləcək.

 

Teatrın repertuar planına əlavə olunan “Tənbəl Əhməd” tamaşasının quruluşçu rejissoru Ayla Osmanovadır.

 

Tamaşa Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmişdir. 

 

Səhnə əsərində qarşıya qoyulan əsas məqsəd isə yeniyetmələr və gənclər arasında zəhmətkeşlik, xeyirxahlıq, sədaqətlilik kimi müsbət keyfiyyətləri üzə çıxarmaqdır.