Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Məzəli Şalı” adlı konsert keçirib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində “Məzəli Şalı” adlı konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Bəstəkar və xalq mahnılarımız, rəqslərimizlə yanaşı, dünya xalqlarının mahnı və rəqsləri konserti daha da rəngarəng edib.
Tamaşaçılar Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblından başqa, “Şəms” Uşaq Xoru və Uşaq Xor Kapellasının çıxışlarını da izləyiblər. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevadır.
Yüzdən çox uşağın iştirakı ilə reallaşan konsert maraqla qarşılanıb.
07.06.2018