Xəbərlər

Uşaqlarımızı zərərli kontentdən necə qoruya bilərik?

“The Daily Mail” nəşrinin 2018-ci ilin fevral ayında keçirdiyi sorğular nəticəsində məlum olub ki, 6 yaşına çatmış uşaqların 76 faizi smartfon tipli cihazlar vasitəsilə internetə sərbəst daxil olurlar. Bu gün ölkəmizdə də azyaşlı uşaqlar internetdən aktiv istifadə edir. Bəs biz onları zərərli kontentdən necə qoruya bilərik? 
 
“Şəbəkə” xidmət mərkəzinin təklif etdiyi “SAF” təhlükəsiz internet xidməti uşaqların psixologiyasına, davranışına mənfi təsir göstərən resursları aşkarlayır və həmin resursu dərhal bloklayır.
 
Bu xidmət vasitəsilə siz neqativ məzmunlardan ibarət internet səhifələrə istənilən qurğudan (mobil telefon, planşet və ya noutbuk) girişi məhdudlaşdıra bilərsiniz. 
 
Ətraflı məlumatı “155” saylı “Çağrı mərkəzi”ndən əldə etmək olar.