11 nömrəli musiqi məktəbində yubiley konserti keçirilib
Bakı, 30 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbinin 60 illik yubileyi qeyd olunub. Bu münasibətlə musiqi məktəbində konsert keçirilib.
Konsert 11 nömrəli musiqi məktəbinin xalq çalğı alətləri orkestrının ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertyura” ilə başlayıb.
Məktəbin xor kollektivi C. Qerşvinin “Əl çalın” və R. Hacıyevin “Bakı haqqında mahnı”sını məharətlə ifa ediblər.
Şagirdlərin ifasında səsləndirilən “Heyratı” zərb muğamını, V.A. Motsartın “Seraldan qaçırılma” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri, sazçalanlar və nağaraçalanlar ansamblının nümayiş etdirdiyi “Şirvan gözəlləməsi” əsəri, “Azərbaycan ritmləri” dinləyicilər tərəfindən maraqla qarşılanıb.
30.05.2018