Çində ailələr üçün uşaq sayına olan məhdudiyyət ləğv edilir
Bakı, 24 may, AZƏRTAC
Çin bir ailəyə düşən uşaqların sayına görə bütün məhdudiyyətləri ləğv etməyi planlaşdırır.
Bununla bağlı müvafiq qərar ilin sonunadək qəbul edilə bilər. Buna səbəb Çinin bu yolla əhalinin sürətlə qocalmasına qarşı mübarizə aparmaq və beynəlxalq tənqidə son qoymaq istəyidir.
Qeyd edək ki, “bir ailə-bir uşaq” siyasəti 1979-cu ildə tətbiq edilib. Sonradan isə uşaq sayı ikiyə qaldırılıb.
24.05.2018