Musiqili Teatr bu həftə də balacaları unutmayıb
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonu balaca və rusdilli tamaşaçılarına maraqlı səhnə əsərləri izləmək imkanı yaradacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 26-da saat 12.00-da sənət ocağının səhnəsində “Qoğalın sərgüzəştləri”, mayın 27-də eyni saatda “Meşə çaqqalsız olmaz” nağıl-tamaşaları nümayiş olunacaq. Hər iki səhnə əsərində balacalar teatrın sevimli və tanınan aktyorlarını görə biləcəklər.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
23.05.2018