Xəbərlər

38 nömrəli musiqi məktəbində gözdən əlil uşaqlar üçün konsert keçirilib

Bakı, 19 may, AZƏRTAC

 

38 nömrəli musiqi məktəbində gözdən əlil uşaqlar üçün konsert keçirilib. 

 

AZƏRTAC xəbər verir ki, “28 May- Respublika Günü”nə həsr olunmuş konsertdə həmin məktəbin müəllimi Məlikova Günel giriş sözü ilə çıxış edib. O,  bu musiqi məktəbinin istedadlı şagirdlərindən, onların bir çox Respublika və Beynəlxalq Müsabiqələrdəki uğur və nailiyyətlərdən bəhs edib.

 

Məktəbin istedadlı şagirdləri konsertdə bir-birindən gözəl çıxışlar ediblər.

 

Hazırda 38 nömrəli musiqi məktəbində 191 şagird müxtəlif ixtisaslar üzrə musiqi təhsili alır.