Xəbərlər

Məktəblilər arasında mühəndislik və robot texnika üzrə yarış keçiriləcək

Bakı, 11 may, AZƏRTAC

 

Mayın 12-də Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robot texnikası yarışına start veriləcək.

 

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 11-də Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu qurumun sektor müdiri Ayla Həsənova məlumat verib.

 

Bildirilib ki, hər il dünyanın 80-dən artıq ölkəsində 250 mindən çox məktəblinin cəlb olunması ilə keçirilən “FLL” bu il Azərbaycanda da təşkil ediləcək. Builki yarışın mövzusu “Hidrodinamika: suyun səyahəti”dir. “FLL” çərçivəsində hər komandada dörd məktəbli olmaqla, 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayacaq.

 

Yarışın qalibləri mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaqdır.