Məktəbdə yubiley konfransı
Bakı, 7 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 261 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileylərinə həsr olunan konfrans keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə konfrans iştirakçıları Ulu Öndərə və görkəmli oftalmoloq alim Zərifə Əliyevaya həsr edilən müəllim və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə görkəmli şəxsiyyətlərin yubileyləri münasibəti ilə 95 inşa yazı işi, divar qəzeti və kitab nümayiş olunub.
Tədbirdə məktəbin direktoru Abuzər Əsədov müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev və akademik Zərifə Əliyevanın ölkəmiz üçün gördüyü işlərdən danışıb.
Çıxış edənlər dahi lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət quruculuğu istiqamətindəki müstəsna fəaliyyətindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, ölkə və dünya oftalmologiya elminə verdiyi töhfələrdən danışıblar.
Tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Konfrans dahi şəxsiyyət Heydər Əliyevin və oftalmoloq alim Zərifə Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə başa çatıb.
06.05.2018