Şabranda stolüstü tennis üzrə çempionatda 100-dən çox yeniyetmə mübarizə aparıb
Şabran, 7 may, Elxan Yusifli, AZƏRTAC
Şabranda keçirilən stolüstü tennis üzrə şəhərlərarası açıq birinciliyin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilən turnirdə Şabranla yanaşı Bakı, Sumqayıt, Xaçmaz və Quba komandaları da mübarizə aparıb. Yarışda 100-dən çox yeniyetmə oğlan və qız qüvvəsini sınayıb.
Yarışın yekun nəticələrinə əsasən hamıdan daha yaxşı nəticə göstərən Sumqayıt stolüstü tennis komandası birinci, Şabran tennisçiləri ikinci, Bakı idmançıları isə üçüncü yerdə qərarlaşıb.
Qalib komandalar kubok, medal və diplomlarla mükafatlandırlıblar.
06.05.2018