Xəbərlər

Masallıda “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Masallı, 5 may, Bağır Əliyev, AZƏRTAC

 

Masallı Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş IX-XI sinif şagirdləri arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın yekun nəticələrinə əsasən, Musaküçə kənd tam orta məktəbinin komandası birinci, Masallı şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, Hişkədərə kənd tam orta məktəbinin komandası üçüncü yeri tutub.

 

Qaliblər kubok və diplomlarla mükafatlandırılıblar.