Ulu Öndər şagird və tələbələrin gözü ilə
Bakı, 3 may, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, tədbir 189-190 nömrəli tam orta məktəbin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə məktəbin direktoru Ceyran Kuliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğısından danışıb. C.Kuliyeva Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, Ulu Öndərin nurlu xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.
Sonra məktəbin şagirdləri və ADMİU-nun tələbələri dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan şeir və mahnılar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
02.05.2018