Xəbərlər

Bakı məktəblisi beynəlxalq müsabiqədə qalib gəlib

Bakı, 26 aprel, AZƏRTAC


Paytaxt məktəblisi Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb. 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 14 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Səid Rəsulov gənc musiqiçilərin Yevgeni Mikeladze adına beynəlxalq müsabiqəsində truba orkestr alətində ifasına görə diplomla mükafatlandırılıb.


BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, artıq üç ildir keçirilən müsabiqənin münsiflər heyətində hər iki ölkənin tanınmış musiqişünasları təmsil olunublar. 


Qeyd edək ki, S.Rəsulov səkkiz ildir truba musiqi alətində ifa edir. Bu müddət ərzində məktəbli həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.