Balaca “Yarat” ilə həftəsonu
Bakı, 31 mart, AZƏRTAC
Balaca “Yarat” ailənizlə gözəl bazar günü keçirməyiniz üçün yeni ustad dərsi hazırlayıb.
AZƏRTAC xəbər verir ki, aprelin 1-də uşaqlar impresionizm, postimpresionizm cərəyanları haqda öyrənəcəklər, xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılılğı ilə tanış olacaqlar. Qeyd edək ki, qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır. İştirak cədvəli isə belədir: 11:00 (3-7 yaş), 14:00 (8-12 yaş).
30.03.2018