Xəbərlər

Uşaqlar üçün “ağıllı” telefon: PhoneKid

Bakı, 27 mart, AZƏRTAC

 


İspaniya firması EscudoWeb tərəfindən uşaqlar üçün xüsusi telefon hazırlanıb.


AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, PhoneKid adlanan ağıllı telefon valideynlər üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin telefondakı proqramları valideynlər idarə edə bilir, müəyyən proqramların istifadə edilməsinə qadağa qoya bilirlər. Bununla da uşaqların zərərli proqramlardan istifadə etməsinin qarşısını alırlar. 


Telefonda yalnız təhsillə əlaqədar proqramlar olur və uşaqlar dərs etdiyi bir vaxtda həmin proqramdan istifadə edə bilirlər. Bütün bu xüsusiyyətlər uşaqların telefon üzərində idarəsini müsbət istiqamətə yönəldir və valideynlərin nəzarətində mühüm əhəmiyyət kəsb edir.