Məktəblilər arasında basketbol birinciliyinə yekun vurulub
244 nömrəli tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında oğlanların basketbol birinciliyinin final oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, 115 nömrəli tam orta məktəbin komandası yarışı birinci pillədə başa vurub. 244 nömrəli tam orta məktəbin komandası ikinci, 314 nömrəli tam orta məktəbin kollektivi isə üçüncü olublar.
Yarış Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.
Mükafatçılar idarə tərəfindən diplom və medallarla təltif olunublar.
06.03.2018