Uşaqlar üçün ödənişsiz master-klass təşkil olunacaq
Bakı, 6 mart, AZƏRTAC
Martın 10-da MUM ilə üzbəüz yerləşən Grafika mağazasında uşaqlar üçün ödənişsiz master-klass təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, dərsdə uşaqlar quş düzəldəcəklər. Master-klass saat 14:00-də keçiriləcək.
Qeyd edək ki, yerlərin sayı məhduddur, qeydiyyat mütləqdir.
06.03.2018