Xəbərlər

Sumqayıtdakı Bülbül adına Uşaq İncəsənət Məktəbində Qara Qarayevin 100 illik yubileyi qeyd edilib

Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyi qeyd edilib. Tədbir Sumqayıt şəhər Mərkəzi Kitabxananın incəsənət şöbəsinin birgə təşkilatçılığı ilə reallaşıb. 

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəbin rəsm şöbəsi şagirdlərinin bəstəkarın əsərlərinə çəkilmiş illüstrasiyaları, kitab və klavirləri sərgilənib.

 
Sonra şagird və müəllimlər bəstəkarın fortepiano üçün yazılan bir neçə prelüd və marşını, “İldırımlı yollarla” baletindən rəqsi, “Don Kixot” simfonik qravüründən bir parçanı, kinofilmlərə yazılan musiqiləri ifa ediblər.